“İnter” “San Siro”dan ayrılır

“San Siro” stadionu

© APA | “San Siro” stadionu

# 12 iyun 2021 13:47 (UTC +04:00)

“İnter” yeni stadion inşa edəcək.

Apasport.az saytının məlumatına görə, bunu “neradzurra”nın prezidenti Stiven Can deyib.

O bildirib ki, “Milan”la şərikli istifadə etdiyi “San Siro”dan ayrılmağın vaxtı gəlib: “Kluba, azarkeşlərə bir çox xidmətlər, yeni təcrübələr təklif edə biləcək yeni bir stadion lazımdır. Yeni arena ilə azarkeşlərə yeni imkanlar təqdim etmiş olacağıq”.

Qeyd edək ki, “İnter”in oyunları zamanı stadionun adı “Cüzeppe Meatsa” kimi səslənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR