Joze Mourinyo: “Bakıda dramatik bir yarış oldu”

Joze Mourinyo: “Bakıda dramatik bir yarış oldu”
# 09 iyun 2021 09:55 (UTC +04:00)

“Roma” futbol komandasının baş məşqçisi Joze Mourinyo “Formula-1” üzrə Azərbaycan Qran-prisi barədə danışıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis “Red Bull” pilotu Maks Ferstappen və “Mercedes” komandasının üzvü Luis Hamiltonun paytaxtımızda xalsız qalmasına instaqram səhifəsi vasitəsilə münasibət bildirib.

“Formula-1”in icraçı direktoru Stefano Domenikali ilə görüşən Mourinyo həvəslə izlədiyi yarışın Bakı trassında baş verənləri dramatik adlandırıb: “Bakıda dramatik bir yarış oldu və bundan sonra “Formula-1”dən bəzi cavablara və dərslərə ehtiyacım var. Buna görə də dostum Stefano Domenikali ilə Londondakı ofislərində görüşdüm”.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Red Bull” pilotu Serxio Peres olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR