Klaudio Belluççi: “Azərbaycan gələcəyin sürpriz milli komandası ola bilər”

Klaudio Belluççi

© APA | Klaudio Belluççi

# 01 iyun 2021 10:03 (UTC +04:00)

“Azərbaycan davamlı inkişafda olan bir ölkədir və ora getmək doğru seçimdir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin məşqçisi Klaudio Belluççi deyib.

Ölkəsi İtaliya mətbuatına geniş müsahibə verən baş məşqçi Canni de Byazinin köməkçisi yığmamızla bağlı da qısaca fikrini bildirib. 46 yaşlı mütəxəssis komandamızdan ümidli danışıb: “Azərbaycan gələcəyin sürpriz milli komandası ola bilər. Biz bunu hədəfləyirik. Qətər-2022? Əlbəttə, bu barədə niyə də düşünməyək”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, Lüksemburq və İrlandiya ilə eyni qrupda yer alan Azərbaycan millisi ilk iki oyunda xal toplaya bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR