Konfrans Liqası: “Qarabağ” səfərdə AEL-lə oynayacaq

Konfrans Liqası: “Qarabağ” səfərdə AEL-lə oynayacaq
# 05 avqust 2021 00:52 (UTC +04:00)

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu III təsnifat mərhələsində ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olacaq. Ağdam təmsilçisi qrup mərhələsinə doğru daha bir addım atmaq üçün səfərdən sərfəli nəticə ilə dönməlidir.

Cari mövsüm avrokuboklarda qol buraxmayan “Qarabağ” quru seriyasını Limassolda da davam etdirməyə köklənib. Müdafiə xəttində ciddi problemləri olan ağdamlılar cavab görüşünü bir həftə sonra Bakıda keçirəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə qarşılşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Qlenn Niberq (İsveç)
Limassol. “AEK Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR