Kriştiano Ronaldo Avropa çempionatlarında ən çox oyun keçirən futbolçu olub

Kriştiano Ronaldo Avropa çempionatlarında ən çox oyun keçirən futbolçu olub
# 23 iyun 2021 23:08 (UTC +04:00)

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekord vurub.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu yarışın seçmə və final mərhələlərində ümumilikdə ən çox oyun keçirən futbolçu olub.

Ronaldo qrup mərhələsinin III turunun Fransa ilə görüşündə 59-cu qitə çempionatı matçına çıxıb. O, bu göstəricidə italiyalı qapıçı Canluici Buffonu arxada qoyub.

Qeyd edək ki, Ronaldo Avropa çempionatlarının həm final mərhələlərində, həm də ümumilikdə ən çox qol vuran oyunçusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR