“Lill” türkiyəli futbolçusunu transferə çıxarır

“Lill” türkiyəli futbolçusunu transferə çıxarır
# 30 sentyabr 2021 15:29 (UTC +04:00)


Türkiyəli futbolçu Yusuf Yazıcı “Lill”dən ayrılacaq.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə vidalaşmağı planlaşdırır.

Baş məşqçi dəyişikliyindən sonra əsas heyətə düşməkdə çətinlik çəkən pleymeykerin artıq qış fasiləsində transferə çıxarılması nəzərdə tutulur. Türkiyə millisinin üzvü “Milan” başda olmaqla, Avropanın bir neçə klubunun maraq dairəsindədir.

Qeyd edək ki, Yusufun “Lill” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR