Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin detalları bəlli olub

Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin detalları bəlli olub
# 03 iyun 2021 13:44 (UTC +04:00)

Lionel Messinin “Barselona” ilə bağlayacağı yeni müqavilənin detalları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz maaşının azaldılması şərtilə 10 illik sazişə qol çəkəcək.

Anlaşmaya əsasən, 34 yaşlı oyunçu növbəti iki mövsümü “Barselona”da keçirdikdən sonra daha iki il Devid Bekhemin sahibi olduğu “İnter Mayami”də oynayacaq. Leo 50 milyon avroluq illik məvacibinin 35 milyona endirilməsinə razılıq verib. O, 2025-ci ildə karyerasını başa vuracaq və növbəti 6 ili “Barselona”nın səfiri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm bütün turnirlərdə keçirdiyi 47 oyunda 38 qol vurub, 14 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR