Mahir Emrelinin “Legiya”ya keçidi rəsmiləşib

Mahir Emreli

© APA | Mahir Emreli

# 08 iyun 2021 17:21 (UTC +04:00)

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Legiya”ya keçidi rəsmiləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 24 yaşlı forvard Varşava təmsilçisi ilə rəsmi müqaviləyə qol çəkib.

“Qarabağ”dan ayrılan forvardın bu dəqiqələrdə təqdimat mərasimi keçirilir. “Legiya”nın stadionunda baş tutan tədbirdə klub rəsmiləri ilə yanaşı, yerli jurnalistlər də iştirak edir.

Mahir Emreli yeni komandası ilə 3+1 illik sazişə qol çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR