Məhəmməd Salah  “Liverpul”u xilas edib

Məhəmməd Salah  “Liverpul”u xilas edib
# 28 avqust 2021 22:30 (UTC +04:00)

İngiltərə Premyer Liqasında III turun mərkəzi oyunu başa çatıb.

Apasport.az saytının məlumatına görə, “Liverpul” öz meydanında “Çelsi”ni qəbul edib.

Qarşılaşma qollu sülhlə nəticələnib. Qonaqlar 22-ci dəqiqədə hesabı açıb. Kay Haverts fərqlənib. Mersisaydlılar 45+5-ci dəqiqədə tarazlıq yaradıb. Ris Ceymsin qırmızı vərəqə aldığı epizodda təyin olunan penaltini Məhəmməd Salah yerinə yetirib.

Qeyd edək ki, günün digər maraqlı görüşündə “Mançester Siti” “Arsenal”ı top atəşinə tutub – 5:0.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR