Messi Maskeranonun rekordunu təkrarlayıb

Messi Maskeranonun rekordunu təkrarlayıb
# 22 iyun 2021 13:58 (UTC +04:00)

Lionel Messi Argentina millisinin rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu yığmadakı oyun sayında Xavyer Maskeranoya çatıb.

O, bunu Amerika kubokunun 3-cü turunun Paraqvayla görüşündə rəsmiləşdirib. Messi 147-ci dəfə meydana çıxmaqla Xavyerə çatıb.

Qeyd edək ki, Argentina Paraqvayla qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR