“Neftçi” UEFA reytinqində geriləyib

“Neftçi” UEFA reytinqində geriləyib
# 14 iyul 2021 09:35 (UTC +04:00)

Avrokubokların növbəti oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycanın 7 klubu yer alıb.

Baş tutan qarşılaşmalardan sonra yalnız bir təmsilçimizin mövqeyi dəyişib. “Neftçi” 168-ci pilləyə enib.

Bir addımlıq geriləməyə HİK səbəb olub. Finlandiya klubunun xal hesabını artırması Azərbaycan çempionunu keçməsi ilə nəticələnib.

6,000 xala malik bakılılar 168-ci yeri “Lex” (Polşa), “Şemrok Rovers” (İrlandiya) və “KuPS” (Finlandiya) ilə bölüşür.

Ən yaxşı klubumuz “Qarabağ” 17,500 xala malikdir. Ağdamlılar 77-ci yerə “Feyenoord” (Niderland), “Styaua” (Rumıniya) və BATE (Belarus) ilə şərikdir.

“Keşlə” 4,000 xalla 254-cü, “Qəbələ” 3,500 xalla 290-cı yeri bölüşür. “Sumqayıt”, “Səbail” və “Zirə” 2,525 xalla 337-ci sırada qərarlaşıb.

Qeyd edək ki, cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR