“Omikron” ştamına görə “Mançester Yunayted”in oyunu başqa ölkəyə salına bilər

“Omikron” ştamına görə “Mançester Yunayted”in oyunu başqa ölkəyə salına bilər
# 30 noyabr 2021 16:50 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsinin “Mançester Yunayted” – “Yanq Boyz” oyunu başqa meydançada keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, son turun matçının üçüncü ölkəyə salınması gözlənilir.

Mümkün təxirəsalınmaya İsveçrə hökumətinin ölkəyə giriş qaydalarını dəyişməsi səbəb olub. Ölkə Böyük Britaniyadan girişə qoyulan məhdudiyyətləri dəyişib. Yeni “Omikron” ştamının ortaya çıxması fonunda ölkəyə daxil olan hər kəs neqativ koronavirus testi verməli və qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır.

“Yanq Boyz” rəhbərliyi “Mançester Yunayted”lə İngiltərədəki qarşılaşmadan qayıtdıqdan sonra oyunçu və məşqçi heyəti üçün 10 günlük karantinin tələb olunub-olunmayacağını dəqiqləşdirməyə çalışır. Əgər bu qaydalar kluba da şamil edilsə, o zaman görüşün başqa ölkəyə salınması variantı yaranacaq.

Qeyd edək ki, “Mançester Yunayted” – “Yanq Boyz” oyunu dekabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR