PSJ Ronaldonun meneceri ilə təmasa keçib

PSJ Ronaldonun meneceri ilə təmasa keçib
# 11 noyabr 2021 09:06 (UTC +04:00)

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo tezliklə yenidən komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, bu, “qırmızı-şeytanlar”ın Premyer Liqada tutacağı yerdən asılıdır.

Mançester təmsilçisi əgər çempionatda ilk “dördlüy”ə düşüb Çempionlar Liqasına vəsiqə qazanmasa, o zaman portuqaliyalı superulduz digər variantları nəzərdən keçirəcək. Bunu gözləyən ilk klub isə PSJ-dir. Paris təmsilçisi 36 yaşlı forvardla danışıq aparmağa hazırdır. Hətta keçidi müzakirə etmək üçün CR7-nin meneceri ilə əlaqə də saxlayıblar.

Qeyd edək ki, 11 turdan sonra aktivində 17 xal olan “Mançester Yunayted” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR