“Qalatasaray” "Benfika"nın futbolçusuna 8 milyon avro təklif edib

“Qalatasaray” "Benfika"nın futbolçusuna 8 milyon avro təklif edib
# 08 dekabr 2021 12:26 (UTC +04:00)

“Qalatasaray” “Benfika”nın futbolçusu Gedson Fernandeşin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu portuqaliyalı yarımmüdafiəçini qış fasiləsinə heyətinə cəlb etməyi planlaşdırır.

Bu ilin ilk 6 ayında icarə əsasında “cim-bom”un formasını geyinən 22 yaşlı orta sahə oyunçusunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam edir. İstanbul nəhəngi Gedson üçün lissabonlulara 8 milyon avro ödəməyə hazırdır. Əgər “Benfika” buna mənfi cavab versə, “sarı-qırmızılılar” onu yenidən icarəyə götürməyə çalışacaq.

Fernandeşin “Benfika” ilə 2023-cü ilin yayına qədər olan müqaviləsini yeniləməkdən imtina etməsi Portuqaliya klubunu da onu sataraq, gəlir götürməyə vadar edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR