"Qarabağ"ın Konfrans Liqasında mümkün rəqibi bəlli olub

"Qarabağ"ın Konfrans Liqasında mümkün rəqibi bəlli olub
# 02 avqust 2021 16:12 (UTC +04:00)

“Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının III təsnifat mərhələsində AEL (Kipr) ilə üz-üzə gələcək Ağdam klubunun pley-offdakı potensial rəqibi bilinib.

Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən “Qarabağ” - AEL cütünün qalibi “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) qarşılaşmalarında üstün olan komanda ilə qarşılaşacaq. Təmsilçimiz pley-offa yüksəlsə, ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 5-də və 12-də, pley-offda 19-da və 26-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR