“Qəbələ” 2 legioneri ilə vidalaşıb

“Qəbələ” 2 legioneri ilə vidalaşıb
# 01 iyun 2021 10:49 (UTC +04:00)

“Qəbələ” iki futbolçusu ilə yollarını ayırıb.

Bu barədə apasport.az saytına “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

41 yaşlı mütəxəssis iki əcnəbi oyunçu ilə vidalaşdıqlarını söyləyib. Bunlar fransalı yarımmüdafiəçi Nikolas Raysel və nigeriyalı hücumçu Ceyms Adeniyidir. Baş məşqçi bu ayrılıqlara səbəb kimi maliyyə durumunu göstərib: “Adeniyi və Rayselin maaşı yüksəkdir. İndiki büdcə ilə istədikləri maaşı verə bilmərik”.

Qeyd edək ki, “Qəbələ”nin gürcüstanlı yarımmüdafiəçisi Merab Qiqauri də “Keşlə” ilə anlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR