“Qəbələ” iordaniyalı futbolçunun keçidini rəsmiləşdirib

Omar Hani

© APA | Omar Hani

# 01 sentyabr 2021 14:28 (UTC +04:00)

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” iordaniyalı Omar Hani ilə müqaviləni rəsmiləşdirib.

22 yaşlı cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019-21-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-21-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda da çıxış edib.

İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR