“Real” Luka Modriçlə bağlı qərarını açıqlayıb

Luka Modriç

© APA | Luka Modriç

# 25 may 2021 13:15 (UTC +04:00)

“Real”ın yarımmüdafiəçisi Luka Modriç daha bir il komandada qalacaq.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı “kral klubu” rəsmi saytı vasitəsilə bəyan edib.

Bildirilib ki, Xorvatiya millisinin kapitanı İspaniya təmsilçisi ilə yeni 1 illik müqavilə imzalayıb. Bu da o deməkdir ki, 36 yaşlı orta sahə oyunçusu 2021/22 mövsümündə də madridlilərin formasını geyinəcək.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR