Şenol Günəş: “Bir günahkar varsa, o mənəm”

Şenol Günəş: “Bir günahkar varsa, o mənəm”
# 16 iyun 2021 22:24 (UTC +04:00)

“İlk dəqiqələrdən rəqibin pressinqi ilə üzləşdik. Uzun ötürmələrlə müdafiə xəttimizə çətin anlar yaşatdılar”. 

Apasport.az saytının məlumatına görə, bu sözlər Türkiyə millisinin baş məşqçisi Şenol Günəşə məxsusdur.

AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə Bakı Olimpiya Stadionunda üz-üzə gələn “ay-ulduzlular” 0:2 hesabı ilə məğlub olaraq, ilk iki yer şansını itiriblər.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında 69 yaşlı mütəxəssis bunları deyib: “Buraxılan qola baxmayaraq, komanda toparlandı, hücum oyunu sərgilədi. Bir neçə qol imkanımız da oldu. Təəssüf ki, son dəqiqədə ikinci topu buraxdıq. Rəqib bu gün daha soyuqqanlı oynadı. Bu gün 2:0 hesablı qələbə də qazana bilərdik. Ancaq indiki durumda qrupdan çıxmaq şansımız xeyli azaldı. İtaliya ilə matçdakı oyunun şokunu görünür üzərimizdən ata bilməmişik. Bu turnir bizim üçün önəmli idi. Daha yaxşı oyunla xallar qazanmalı idik”.

Günəş uğursuz çıxışa görə özünü günahlandırıb: “Bu məğlubiyyətin məsuliyyəti mənimdir. Yəni bir günahkar varsa, o mənəm. Futbolçular onlara verilən tapşırığı yerinə yetirdilər. Düzdür, bəzi oyunçular, xüsusən də, orta sahədə çıxış edənlər yaradıcılıq baxımından istədiyimizi ortaya qoya bilmədi. Mən heyəti seçəndə hazırlıq durumlarına baxıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR