Türkiyədə qonaq komandaların azarkeşləri oyuna buraxılmayacaq

Türkiyədə qonaq komandaların azarkeşləri oyuna buraxılmayacaq
# 12 avqust 2021 14:33 (UTC +04:00)

Türkiyə Super Liqasında 2021/22 mövsümündə oyunlara qonaq komandaların azarkeşləri buraxılmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.

Qurum rəhbəri bu addımı koronavirus pandemiyası səbəbindən insanların sağlamlığını düşünərək atdıqlarını bildirib. Özdemir həmçinin matçlarda tribunaların tutumunun 50 faizinə qədər tamaşaçı buraxılacağını əlavə edib: “Yalnız VİP tribunalarda 100 faizlik tamaşaçı olacaq. Azarkeşlərimizin vaksinin ikinci dozasını vurdurmasını istəyirik. İlk üç turdan sonra yığmanın oyunları ilə əlaqədar Super Liqada fasilə yaranacaq. Həmin vaxt əgər ikinci doza vaksini vurduranlarının sayının çox olduğunu görsək, 75 faiz azarkeşlərin oyunlara girişi təmin ediləcək”.

Qeyd edək ki, Türkiyə Super Liqasında yeni mövsüm avqustun 13-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR