UEFA prezidenti: “Futbol gözəldir və Kristian da onu gözəl oynayır”

Aleksander Çeferin

© APA | Aleksander Çeferin

# 12 iyun 2021 22:54 (UTC +04:00)

“Belə anlarda başqa heç nə haqda düşünmürsən. Mən Kristiana tez və tam bərpa olunmasını arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı funksioner AVRO-2020-nin Danimarka – Finlandiya oyununda huşunu itirərək yerə yıxılan Kristian Eriksenə və ailəsinə dəstək olub: “Allahdan onun ailəsinə inam və güc diləyirəm. Belə anlarda futbol ailəsinin birləşməsi xüsusi güclü olur. Hamı Kristiana və ailəsinə öz arzularını çatdırır. Futbol gözəldir və Kristian də onu gözəl oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR