UEFA “Qalatasaray” – “Lokomotiv” oyunu ilə bağlı qərarını açıqlayıb

UEFA “Qalatasaray” – “Lokomotiv” oyunu ilə bağlı qərarını açıqlayıb
# 12 noyabr 2021 16:50 (UTC +04:00)

Avropa Liqasında qrup mərhələsinin IV turunun “Qalatasaray” – “Lokomotiv” (Moskva) oyunu ilə bağlı UEFA qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Türkiyə klubunun şikayətini rədd edib.

“Sarı-qırmızılılar” qayda səhvinə görə, rusiyalılara texniki məğlubiyyət verilməsini istəsə də, UEFA bununla razılaşmayıb.

Qeyd edək ki, isveçrəli baş hakim Sandro Şerer 1:1 hesabı ilə başa çatan İstanbuldakı qarşılaşmada “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, onu meydandan qovmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR