Uels millisinin baş məşqçisi: “Tribunadakı səslər möhtəşəm idi”

Uels millisinin baş məşqçisi: “Tribunadakı səslər möhtəşəm idi”
# 12 iyun 2021 19:51 (UTC +04:00)

“Yaxşı başlamaq bizim üçün önəmli idi. Yüksək keyfiyyətə malik rəqibə qarşı oynayırdıq. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin baş məşqçisi Rob Peyc AVRO-2020-nin qrup mərhələsində İsveçrə ilə keçirilən ilk görüşün ardından deyib.

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə britaniyalılar rəqiblə qollu heç-heçə edib – 1:1.

Matçdan sonra təşkil olunan mətbuat konfransında Peyc azsaylı azarkeşlərin onları çox gözəl dəstəklədiklərini söyləyib: “İstədiyimiz qədər azarkeş yox idi. Amma himn oxunanda Uels azarkeşlərini eşidirdim. Qol vurduğumuz anda tribunadakı səslər möhtəşəm idi. Uelsli azarkeşlərin burada daha çox olmasını istərdik”.

Baş məşqçi iyunun 16-da Bakıda Türkiyəyə qarşı keçirəcəkləri növbəti görüşlə bağlı fikirlərini də bölüşüb: “Hər oyunda qələbə qazanmağa çalışırıq. Fikrimcə, qrupdan çıxmaq üçün 4 xal kifayət edər. Heç bir komandadan çəkinmirik. Növbəti rəqib Türkiyənin oyun üslubuna uyğun heyəti quracağam. Onlar hörmətə layiq komandadırlar. Ancaq biz də çəkinmirik, məqsədimiz növbəti matçda Türkiyəyə qalib gəlməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR