Zinəddin Zidan “Real”dan ayrılıb

Zinəddin Zidan “Real”dan ayrılıb
# 27 may 2021 14:09 (UTC +04:00)

İspaniyanın “Real” klubu baş məşqçisi Zinəddin Zidanla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu “Kral klubu” açıqlayıb.

Madrid təmsilçisi və fransalı mütəxəssis arasında əməkdaşlığa Zidanın təşəbbüsü ilə xitam verilib. Fasilədən sonra paytaxt təmsilçisinə qayıdan fransalı “Real”la İspaniya çempionatının və Superkubokunun qalibi olub. Son mövsümdə isə madridlilər Çempionlar Liqasının yarımfinalına yüksəlib və La Liqada ikinci olub.

Zidan 2016-18-ci illərdə də kluba rəhbərlik edib. Həmin müddətdə komanda ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi adına yiyələnib. Həmçinin İspaniya çempionatı və Superkubokunun, iki dəfə UEFA Superkubokunun və iki dəfə klublararası dünya çempionatının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR