Albaniyalı qapıçı: “Qarabağ” karyera baxımından çox yaxşı klubdur" - MÜSAHİBƏ

Albaniyalı qapıçı: “Qarabağ” karyera baxımından çox yaxşı klubdur" - MÜSAHİBƏ
# 12 may 2020 12:07 (UTC +04:00)

Adı “Qarabağ”la hallanan Türkiyənin “Menemenspor” klubunun 22 yaşlı albaniyalı qapıçısı Gentian Selmaninin apasport.az saytına müsahibəsi

- Türkiyə mətbuatında “Qarabağ”ın sizinlə maraqlandığı yazılıb. Bu, nə dərəcədə doğrudur?
- Açığı, bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki bu barədə hər hansı bir məlumatım yoxdur.

- Ancaq baş məşqçiniz Cenk Laleci danışıqların davam etdiyini bildirib...
- Ola bilsin ki, klubum və baş məşqçim bundan xəbərdardır. Amma mən hələ gözləmə mövqeyi tuturam.

- Ümumiyyətlə, Azərbaycan futbolu barədə nə bilirsiniz?
- Azərbaycan futbolu haqda məlumatlıyam. Həm “Qarabağ”ı, həm də digər bəzi klubları tanıyıram. Çünki onlar Avropa Liqasını və Çempionlar Liqasını fəth ediblər.

- “Qarabağ”da əvvəllər albaniyalı futbolçular çıxış edib. Onlardan kimləri tanıyırsınız?
- Ansi Aqollini çox yaxşı tanıyıram. Albaniya millisinin kapitanı olub, 10 il Azərbaycanda çıxış edib.

- “Qarabağ”ın təklifi barədə Aqollidən məsləhət alacaqsınız?
- Əgər təklif gələrsə, o zaman onunla məsləhətləşəcəyəm. Ancaq “transfer pəncərəsi” hələ açılmayıb. Nələr olacağını gələcəkdə görəcəyik. “Menemenspor”da 6 oyunum qalıb. Bu matçlarda da komandama kömək etmək, ondan sonra təklif barədə düşünmək istəyirəm.

- Türkiyənin aşağı liqasından Albaniya millisinə çağırılmaq ehtimalınız azdır. Düşünmürsünüz ki, bu baxımdan “Qarabağ” sizin üçün fürsətdir?
- Əgər doğrudursa, yaxşı fürsətdir. Çünki “Qarabağ” böyük nüfuza malik klubdur. Son iki ildə 6-7 dəfə Albaniya millisinə üçüncü qapıçı, bir dəfə də ikinci qapıçı kimi çağırılmışam. “Qarabağ” gələcək karyera baxımından çox yaxşı klubdur. Ancaq transfer haqda hələ heç nə bilmirəm, gözləmək lazımdır. Klubuma bu mövsüm sona qədər kömək edəcəyimə söz vermişəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR