Türkiyə millisinin sabiq futbolçusu Arda Turan indiyə qədər çiyin-çiyinə oynadığı futbolçulardan ibarət simvolik "11-lik" müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, "Qalatasaray"ın sabiq kapitanı bu komandadan heç kimə rəmzi heyətdə yer verməyib.
33 yaşlı yarımmüdafiəçisi "Atletiko"dan 6, "Barselona"dan isə 5 oyunçunu fərqləndirib.
Ardanın simvolik "11-liy"i
Qapıçı: Tibo Kurtua ("Atletiko")
Müdafiəçilər: Dani Alves, Xerard Pike ("Barselona"), Dieqo Qodin, Filipe Luis ("Atletiko")
Yarımmüdafiəçilər: Koke ("Atletiko"), Andres İnyesta ("Barselona")
Hücumçular: Neymar, Lionel Messi ("Barselona"), David Vilya, Radamel Falkao ("Atletiko").
Qeyd edək ki, Arda müqavilə ilə "Barselona"ya məxsus olsa da, qış fasiləsindən heç bir klubda çıxış etmir.