Avropa Liqası: Farer adalarının iki klubu mərhələ adlayıb

Avropa Liqası: Farer adalarının iki klubu mərhələ adlayıb
# 21 avqust 2020 00:21 (UTC +04:00)

Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsinin daha 5 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, əsasən UEFA reytinqi aşağı olan cırtdan ölkələrin komandaları mübarizə aparıb.

UEFA-nın qərarına əsasən, mərhələlər bir matçdan ibarət olduğundan, cütlüklərdə qələbə qazanan B-36, “Runavik”, "Qlentoran", "Kolreyn" və "İskra" I təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Məğlub olanlar üçün isə avrokubok mövsümü başa çatıb.

“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) oyunundan sonra mərhələnin bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) görüşü də ikincilərin futbolçusunda koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün təxirə salınıb.

Avropa Liqası
İlkin mərhələ
20 avqust

19:30. “Cent Cozefs” (Cəbəllütariq) - B-36 (Farer adaları) - 1:2
Boro, 30 - Przibilski, 28, Mellemqard, 43
21:00. “Runavik” (Farer adaları) - “Barri Taun” (Uels) - 5:1
Olsen, 52, 63, 74, Knudsen, 67, Lokin, 83 - Maklaqqon, 88
21:30. “Santa Koloma” (Andorra) - “İskra” (Monteneqro) - 0:0 (ə.v. 0:0, pen. 3:4)
22:00. “Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) - 1:0

Makdaid, 42
22:30. “Kolreyn” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino) - 1:0
Maklauqlin, 89
23:00. “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) - təxirə salınıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR