“Ayaks” 35-ci dəfə ölkə çempionu olub

“Ayaks” 35-ci dəfə ölkə çempionu olub
# 02 may 2021 22:33 (UTC +04:00)

Avropanın daha bir ölkəsində çempion bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Ayaks” Niderland çempionatının sonuna 3 tur qalmış qızıl medalları təmin edib.

XXXI turda “Emmen”i 4 cavabsız qolla darmadağın edən Amsterdam təmsilçisi ən yaxın izləyicisi PSV üçün əlçatmaz olub. 4 matçı qalan eyndhovenlilər 15 xal geridədir. Bu, “Ayaks”ın tarixində 35-ci çempionluqdur.

Qeyd edək ki, ötən mövsüm koronavirus pandemiyası üzündən yarımçıq dayandırıldığından çempion müəyyənləşməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR