Azərbaycan Premyer Liqası Avropada dayandırılan 13-cü çempionat olub

Azərbaycan Premyer Liqası Avropada dayandırılan 13-cü çempionat olub
# 18 iyun 2020 14:05 (UTC +04:00)

Azərbaycan koronavirus pandemiyası üzündən futbol mövsümünü yarımçıq başa vuran 13-cü Avropa ölkəsi olub.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan daha 12 çempionat davam etdirilmədən yekunlaşıb.

Bunlar Belçika, Bosniya və Herseqovina, Kipr, Fransa, Cəbəllütariq, Lüksemburq, Malta, Niderland, Şimali Makedoniya, San-Marino, Şotlandiya, Uels çempionatlarıdır.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin bu gün verdiyi qərara əsasən Azərbaycan Premyer Liqası və ölkə kuboku başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR