Azərbaycan Premyer Liqasında IV turun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında IV turun cədvəli açıqlanıb
# 18 sentyabr 2020 17:47 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli məlum olub.

Apasport.az saytının məlumatına görə, tur 3 günü əhatə edəcək.

Sentyabrın 25-27-də baş tutacaq qarşılaşmaların hamısı “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Maraqlıdır ki, turun "Neftçi" ilə "Qəbələ" arasında baş tutacaq son görüşü "Bakcell Arena"da deyil, "Dalğa Arena"da keçiriləcək.

Azərbaycan Premyer Liqası

IV tur

25 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

26 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sabah”

“ASCO Arena”

20:15. “Keşlə” – “Zirə”

“ASK Arena”

27 sentyabr (bazar)

19:00. “Neftçi” – “Qəbələ"

“Dalğa Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR