Azərbaycan milli komandasına yeni futbolçu çağırılıb

Azərbaycan milli komandasına yeni futbolçu çağırılıb
# 03 sentyabr 2020 12:03 (UTC +04:00)

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub.

Yarımmüdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Kiprlə keçiriləcək oyunlarda baş məşqçi Canni De Byazinin ixtiyarında olacaq.

Qeyd edək ki, millimiz sentyabrın 5-də Bakıda Lüksemburq, 8-də isə rəqib meydanında Kipr yığması ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR