Azərbaycan millisi Avropada 42-ci pillədə qərarlaşıb

Azərbaycan millisi Avropada 42-ci pillədə qərarlaşıb
# 10 sentyabr 2020 11:05 (UTC +04:00)

Millətlər Liqasının ilk iki turundan sonra turnirin ümumi sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 4 liqada mübarizə aparan Avropanın 55 yığmasının ardıcıllığı göstərilən nəticələrə əsasən müəyyənləşib.

C liqasının 1-ci qrupunda keçirdiyi iki oyunda 1 qələbə qazanıb, 1 məğlubiyyət alan Azərbaycan millisi 2 qol vurub və eyni sayda top buraxıb. İtaliyalı baş məşqçi Canni de Byazini yetirmələri bu nəticə ilə öz qrupunda 3-cüdür.

Ümumi sıralamada isə yığmamız 42-cı pillədə yer alıb. C liqasının qrup üçüncüləri cədvəldə 41-44-cü yerlərdə qərarlaşıb.

3-cü yer sahibləri arasında 2-ci nəticəyə malik millimiz ümumi cədvəldə 42-cidir. Komandamız 41-ci olan Ermənistandan top fərqinə görə geridədirsə, Belarusu eyni səbəbdən qabaqlayır. Kosovo isə üçüncülər arasında ən az xal yığandır.

Hazırda cədvələ Belçika başçılıq edirsə, Portuqaliya ikincidir. İspaniya və İtaliya da ilk “dördlük”də yer alıb.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının ilk mövsümünü 46-cı sırada başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR