Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi”

Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi”
# 09 oktyabr 2020 17:54 (UTC +04:00)

“Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

O, Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Slovakiya – Azərbaycan (2:1) oyunu ilə bağlı fikirlərini açıqlayıb: “Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi. Hücum xəttində fəal olmağa çalışırdıq. Bir neçə təhlükəli vəziyyət yarada bildik. İkinci hissədə isə yaxşı pressinq etdik. Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdir. Qol buraxdıqdan sonra oyuna köklənə bildik. Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi. Sonuncu dəqiqədə qol buraxaraq məğlub olmaq, təbii ki, çox məyusedicidir. Ümumilikdə, oyundan tam, amma nəticədən razı deyiləm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR