"Komandalarımızın beynəlxalq turnirlər çərçivəsində ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı AFFA-ya və UEFA-ya məlumat verən futbol federasiyaları var”.
Bunu apasport.az saytına açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, beynəlxalq səviyyəli ev oyunlarını ölkə xaricində keçirməli komandalarımızın görüşləri Ukraynada təşkil oluna bilər: “Ukrayna Futbol Federasiyasının rəhbərliyi AFFA ilə əlaqə saxlayaraq bildirib ki, Azərbaycan komandalarının - həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkil olunmasına hərtərəfli dəstək göstərməyə hazırdırlar. AFFA olaraq bu dəstəyə görə Ukrayna Futbol Federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər”.
Məmmədov “Qarabağ”ın Avropa Liqasının “Vilyarreal”la görüşünü qəbul edəcək Türkiyəyə də təşəkkür edib: “Bildiyiniz kimi, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" ilk ev oyununu Türkiyənin İstanbul şəhərində keçirəcək. Oyunun məhz Türkiyədə baş tutması üçün AFFA və "Qarabağ" klubu birgə UEFA ilə danışıqlar apardı və təkidimizdən sonra Avropa futbol qurumu bu qərarı qəbul etdi. Göstərdiyi dəstəyə görə Türkiyə Futbol Federasiyasın təşəkkür edirik".
Azərbaycan yığmasının ev oyunları Ukraynada keçirilə bilər
24 oktyabr 2020 13:22 (UTC +04:00)
Futbol
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb
16:14
26 aprel 2024
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024
"Qarabağ" ölkə kubokunun finalında
21:53
24 aprel 2024