Bakıda Uels Milli Günü qeyd olunub - FOTO

Bakıda Uels Milli Günü qeyd olunub - FOTO
# 01 mart 2020 22:03 (UTC +04:00)

Uels Milli Günü və Müqəddəs David Günü münasibətilə Böyük Britaniya səfirliyi bu gün Bakıda tədbir təşkil edib.

Apasport.az saytının məlumatına görə, yığıncağa Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, futbol üzrə Uels yığmasının nümayəndə heyəti, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və assosiasiya rəsmiləri qatılıblar.

İlk olaraq hər iki ölkənin dövlət himni səsləndirilib. Daha sonra çıxış edən C. Şarp bildirib ki, həm Uels Milli Gününü qeyd etmək, həm də yığma komandalarının AVRO-2020-nin qrup mərhələsindəki 2 oyununu ölkəmizdə keçirməsi ilə əlaqədar bir araya gəliblər: "Bu, həm Azərbaycan, həm də Uels Futbol Federasiyasının nümayəndələrini bir yerə toplamaq baxımından çox yaxşı fürsət idi. Biz də bundan yararlanmağa çalışdıq".

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Uels millisi iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Britaniya təmsilçisi digər matçını iyunun 21-də Romada İtaliyaya qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR