"Barselona" "Real Sosyedad"ın hücumçusu ilə anlaşıb

"Barselona" "Real Sosyedad"ın hücumçusu ilə anlaşıb
# 11 fevral 2020 00:12 (UTC +04:00)

"Barselona" yeni hücumçu transferinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "Real Sosyedad"ın futbolçusu Villian Joze Kataloniya klubuna keçmək üzrədir.

Usman Dembelenin zədələnərək 6 aylıq sıradan çıxması La Liqa çempionuna İspaniya daxilindən yeni hücumçu transfer etmək imkanı yaradıb. "Barsa" rəhbərliyi Villianın keçidi məsələsini "Real Sosyedad" rəhbərliyi ilə artıq razılaşdırıb. İlkin anlaşmaya əsasən, 29 yaşlı forvardın transferi San Sebastian təmsilçisinə 35 milyon avro qazandıracaq. Keçidin yaxın günlərdə açıqlanması gözlənilir.

Qeyd edək ki, Villian Joze "Las Palmas"da olarkən "Barselona"nın hazırkı baş məşqçisi Kike Setyenin rəhbərliyi altında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR