"Barselona"da sabiq prezidentlər yenidən seçkilərə qatılacaq

"Barselona"da sabiq prezidentlər yenidən seçkilərə qatılacaq
# 21 iyul 2020 15:29 (UTC +04:00)

"Barselona"da gələn il təşkil ediləcək prezident seçkiləri gərgin keçəcək.

Apasport.az saytının məlumatına görə, artıq 3 nəfər namizədliyini irəli sürmək fikrindədir.

Hazırkı rəhbər Xosep Bartomeu ilə yanaşı, keçmiş prezidentlər Joan Laporta və Sandro Rosel də yenidən bu posta iddialıdırlar. Laporta 2003-2010-cu illərdə kataloniyalılara başçılıq edibsə, onu əvəzləyən Rosel braziliyalı Neymarın transferindəki qalmaqallı məsələ ilə diqqət çəkib, 2017-ci ildə isə həbs olunaraq, 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hazırkı prezident Bartomeu Roselin dönəmində vitse-prezident vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR