"Bavariya" David Alabanı satır

"Bavariya" David Alabanı satır
# 21 iyun 2020 13:59 (UTC +04:00)

"Bavariya" müdafiəçisi David Alaba ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Münhen klubu mövsümün sonunda ulduz futbolçusunu transferə çıxaracaq.

Buna səbəb 27 yaşlı cinah oyunçusu ilə yeni müqavilədə ortaq məxrəcə gələ bilməmələridir. Klubla müqavilə müddəti gələn ilin yayına qədər olan Alaba yeni sazişə razılıq vermədiyindən, rəhbərlik onu havayı buraxmamaq üçün bu il satmağı düşünür.

Qeyd edək ki, David Alaba hazırda "Liverpul", PSJ və "Mançester Siti"nin transfer gündəmindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR