"Beşiktaş"ın futbolçusu komandanı tərk edib

#
# 17:13
15 iyul 2020

"Beşiktaş"ın müdafiəçisi Viktor Ruiz komandanı tərk edib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu müqaviləsini tək tərəfli ləğv edib.

31 yaşlı oyunçu mart, aprel və mayın maaşını ala bilmədiyini əsas gətirərək, bu addıma əl atıb. Ancaq "Beşiktaş" rəhbərliyi bununla bağlı FİFA-ya şikayət etmək qərarına gəlib. Mövsümün əvvəlində "Vilyarreal"dan 2,5 milyon avroya transfer edilən müdafiəçi 23 oyunda iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl almaniyalı qapıçı Loris Karius eyni səbəbdən müqaviləsinə xitam verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR