"Borussiya" Jude Bellingemini transfer edib

"Borussiya" Jude Bellingemini transfer edib
# 20 iyul 2020 13:37 (UTC +04:00)

Dortmund "Borussiya"sı heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi "Birmingem"in yarımmüdafiəçisi Jude Bellingemin transferini rəsmiləşdirib.

17 yaşlı orta sahə oyunçusunun keçidi ingilislərə 25 milyon avro qazandırıb. Bununla Bellingem 17 yaşlılar arasında ən bahalı transfer kimi tarixə düşüb. Orta sahə oyunçusu yeni komandası ilə uzunmüddətli müqavilə imzalayıb.

Qeyd edək ki, Jude Bellingem İngiltərənin U-15, U-16 və U-17 yığmalarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR