“Çelsi” “Ayaks”ın qapıçısı ilə anlaşıb

“Çelsi” “Ayaks”ın qapıçısı ilə anlaşıb
# 10 fevral 2020 12:52 (UTC +04:00)

“Ayaks”ın qapıçısı Andre Onana mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, Kamerun millisinin üzvü İngiltərəyə köçəcək.

23 yaşlı qolkiper “Barselona”, PSJ və “Tottenhem”in təkliflərini geri çevirərək, “Çelsi” ilə anlaşıb. Klublar arasında danışıqlar da artıq müsbət yekunlaşıb. Onananın transferi yayda “Ayaks”a 34 milyon funt-sterlinq qazandıracaq. O, London təmsilçisində baş məşqçi Frenk Lemparın ixtiyarında görmək istəmədiyi Kepa Arizzabalaqanı əvəzləyəcək. İspaniyalı mövsümün sonunda transferə çıxarılacaq.

Qeyd edək ki, Andre Onana bu mövsüm 32 oyunda iştirak edib, bunun 13-də qapısını toxunulmaz saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR