Falkao: “Qalatasaray”la müqaviləm var və sona qədər buna sadiq qalacağam"

#
# 15:09
21 aprel 2021

“Qalatasaray”ın hücumçusu Radamel Falkao gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, kolumbiyalı forvard Türkiyə klubunu tərk etmək barədə düşünmədiyini açıqlayıb.

35 yaşlı ulduz futbolçu ayrılacağı ilə bağlı yayılan söz-söhbəti təkzib edib: “Hazırda tamamilə komandama konsentrasiya olunmuşam. Klubla müqaviləm var və sona qədər buna sadiq qalacağam”.

Qeyd edək ki, Falkaonun “Qalatasaray”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR