Faruk Hacibeqiç: “Azərbaycanla oyunda nəticə ədalətli oldu”

Faruk Hacibeqiç: “Azərbaycanla oyunda nəticə ədalətli oldu”
# 14 noyabr 2020 23:52 (UTC +04:00)

“İstədiyimiz nəticəni əldə etdik”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

Xorvatiyanın Zapreşiç şəhərində millimizin qonağı olan monteneqrolular 0:0 edərək xallarının sayını 10-a çatdırıb və son tur öncəsi qrupda 1-ci pilləyə yüksəlib.

Oyunsonrası mətbuat konfransında 63 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR