Futbol üzrə Avropa çempionatı gələn il keçiriləcək

Futbol üzrə Avropa çempionatı gələn il keçiriləcək
# 17 mart 2020 16:43 (UTC +04:00)

2020-ci il futbol üzrə Avropa çempionatının 2021-ci ilin yayında keçirilməsi haqqında qərar verilib.

APA-nın xəbərinə görə, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.

Koronavirus pandemiyası ilə əlaqədar Avropa çempionatının oyunlarının 2021-ci ilin 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı bu il iyunun 12-dən iyulun 12-ə kimi Azərbaycan da daxil olmaqla, Danimarka, İngiltərə, Almaniya, Macarıstan, İtaliya, Niderland, İrlandiya, Rusiya, Rumıniya, Şotlandiya və İspaniyada keçiriləcəkdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR