İngiltərə millisinin futbolçusu zədə səbəbindən AVRO-2020-ni buraxacaq

İngiltərə millisinin futbolçusu zədə səbəbindən AVRO-2020-ni buraxacaq
# 29 aprel 2021 10:48 (UTC +04:00)

İngiltərə millisinin futbolçusu Harvi Barns AVRO-2020-ni buraxacaq.

Apasport.az saytının məlumatına görə, “Lester”in 23 yaşlı futbolçusu zədə səbəbindən qitə çempionatında iştirak edə bilməyəcək.

XXVI turun “Arsenal”la fevralda keçirilən (1:3) matçında xəsarət alan Harvinin bərpa prosesinin 6 həftə çəkəcəyi gözlənilirdi. Amma baş məşqçi Brendan Rocers yarımmüdafiəçinin təkrar əməliyyatının qaçılmaz olduğunu açıqlayıb.

O bildirib ki, dizinə ediləcək cərrahi müdaxilə səbəbindən Barns mövsümün qalan hissəsini buraxacaq. Rocers futbolçunun ötən il debüt etdiyi əsas yığma ilə AVRO-2020-yə qatıla bilməyəcəyini də qeyd edib.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək qitənin 11 şəhəri, o cümlədən Bakıda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR