İtaliyada idman yarışları təxirə salınıb

#
# 12:57
2 mart 2020

Konoravirusun sürətlə yayıldığı İtaliyada bütün idman yarışları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, yerli hökumət martın 8-dək bölgələrdə heç bir idman tədbirinin baş tutmamasını qərara alıb.

Martın 7-də startı verilməsi planlaşdırılan A seriyasının XXVII turu da təxirə salına bilər. Ən yaxşı halda həftəsonu qarşılaşmaların boş tribunalar önündə keçirilməsi nəzərdə tutulub. Martın 4-də məsələ ilə bağlı A seriyası klublarının nümayəndələrinin iştirakı ilə Romada görüş baş tutacaq.

Qeyd edək ki, A seriyasının XXVI turunun da bir neçə oyunu təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR