Messi az qol vurmasının səbəbini açıqlayıb

Messi az qol vurmasının səbəbini açıqlayıb
# 16 oktyabr 2020 11:53 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi son vaxtlar az qol vurmasına aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu oyun stilində dəyişiklik etdiyini söyləyib.

33 yaşlı ön xətt oyunçusu komandanın qol vurmasına geridən töhfə verməyə çalışdığını deyib: “Artıq az qol vurmağa diqqət yetirirəm. Komandamın işinə, qələbəsinə mümkün qədər çox töhfə verməyə çalışıram. Geridən oynamağım da buna hesablanıb”.

Qeyd edək ki, Messi cari mövsüm La Liqada keçirdiyi 3 oyunda 1 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR