Monteneqro yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb

#
# 16:15
29 sentyabr 2020

Monteneqro yığması Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqa qarşı keçiriləcək oyunların heyətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Faruk Hadjibeqiç müvafiq olaraq oktyabrın 10-da və 13-də baş tutacaq qarşılaşmalara 23 oyunçu dəvət edib.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Daniyel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç (“Vulverhempton”, İngiltərə)
Müdafiəçilər: Stefan Saviç (“Atletiko”, İspaniya), Marko Şimiç (“Liepaya”, Latviya), Zarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momkilo Raspopoviç (“Riyeka”, Xorvatiya)
Yarımmüdafiəçilər: Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (“Spal”, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard”, Belçika, Marko Bakiç, Deni Hoçko (hər ikisi “Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norrçepinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə)
Hücumçular: Fatos Beçiray (“Visla”, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq, Norveç).

Qeyd edək ki, hər iki oyun Monteneqronun Podqoritsa şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR