“Neftçi” – “Qarabağ” oyununun vaxtı açıqlanıb

“Neftçi” – “Qarabağ” oyununun vaxtı açıqlanıb
# 29 oktyabr 2020 14:37 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilədən öncəki turun görüşləri üç günü əhatə edəcək.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Noyabrın 8-dəki “Neftçi” – “Qarabağ” matçı saat 15:00-da başlayacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
IX tur
6 noyabr (cümə)
“Sabah” – “Zirə”

“Bank Respublika Arena”, 16:00
7 noyabr (şənbə)
“Səbail” – “Sumqayıt”

“ASCO Arena”, 16:00
“Keşlə” – “Qəbələ”
“ASK Arena”, 14:00
8 noyabr (bazar)
“Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, 15:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR