“Neftçi” – “Şkupi” oyununun hakimləri açıqlanıb

“Neftçi” – “Şkupi” oyununun hakimləri açıqlanıb
# 17 avqust 2020 16:53 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmanı Latviyadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Artis Kenin yerinə yetirəcək.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” görüşü avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR